× About Services Clients Contact

Lankaran Springs Wellness Resort

Lənkəran şəhəri
(0 Dəyərləndirmə)
+994 51 235 96 00
Sanatoriyalar Favorilərim Mesaj göndər Şikayət

Şəkil

Xüsusiyyətlər

  • WiFi
  • Açıq Hovuz
  • Meşə
  • Buzdolabı
  • Televizor
  • İnternet
  • Açıq Bar
  • Uşaq əyləncəsi
  • Avtopark
  • Otağa servis
  • Oyun medançası
  • Qapalı hovuz
  • Gecə klubu
  • Uşaq hovuzu
  • Futbol meydançası

Haqqında

SANATORİYA HAQQINDA MƏLUMAT

"LANKARAN SPRINGS WELLNESS RESORT" Respublikamızın cənub zonasında, paytaxtımızdan 250 km məsafədə, Lənkəran şəhərinin Haftoni qəsəbəsində yerləşən yeni, beş ulduzlu otel və eyni zamanda sağlamlıq sanatoriyasıdır. Sanatoriya gözəl dağ-meşə landşaftında, Xəzər dənizindən 15 dəqiqəlik, Lənkəran Beynəlxalq Hava limanından isə 10 dəqiqəlik məsafədə yerləşir. Sanatoriyanın yeni tikilmiş otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, uşaq əyləncə mərkəzi və valehedici termal hamamları da daxil olmaqla, 11 hektarlıq ərazini əhatə edir. Otel bir və iki nəfərlik otaqlarla yanaşı, terraslı ailə otağında da rahat yaşayış şərtləri təklif edir. Oteldə “Standart” kateqoriyalı 145, “Yarılüks” kateqoriyalı 25, “Ailəvi” otaq kateqoriyalı 10 və “Lüks” kateqoriyalı 2 otaq olmaqla, hər cür şəraitin olduğu ümumilikdə 182 otaq var. Qonaqlar açıq terrasda füsunkar təbiətin bəxş etdiyi mənzərədən zövq alaraq yerli və əcnəbi mətbəxin ləziz təamlarından dada bilərlər. Qonaqlara boulinq, bilyard, masaüstü tennis, ip parkuru, aerobika, fitnes, yoqa, ox atma və digər oyunlar kimi əyləncələrin geniş çeşidi təqdim olunur.

"İstisu" unikal müalicəvi termal mənbələri ilə tanınan yerdir. Sovet İttifaqında ən effektiv balneoloji sanatoriyalardan biri 1958-ci ildən burada fəaliyyət göstərib. Əsaslı təmir və müasir tələblərə cavab verən yenidənqurma işlərindən sonra sanatoriya, otelin xüsusi bir kompleksini təşkil edir. Tam ixtisaslı həkimlər tərəfindən təyin edilmiş termal prosedurların köməkliyi ilə çoxsaylı xəstəliklərin effektiv müalicəsi təklif olunur. Hazırda, otel ərazisində 12 sayda su mənbəyi yerləşir. Bütün su mənbələri Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Reabilitasiya və Balneologiya Elmi-tədqiqat Mərkəzində sınaqdan keçirilmiş, tədqiq olunan mineral suların kimyəvi tərkibi faydalı mikroelementlərlə və kalium, natrium, kalsium ionları ilə, sabit stronsiumla, ümumi dəmirlə, xlorid ionları ilə, hidrogen karbonat ionları ilə, fosfat ionları ilə zəngin olduğu, onlarla xəstəlik zamanı profilaktik-müalicəvi özəlliyi təsdiqləmişdir.

Əlaqə məlumatları

Ünvan

Sultan Əliyev küçəsi 1, Haftoni qəsəbəsi, Lənkəran şəhəri, AZ-4216, Azərbaycan

Telefon

+994 51 235 96 00

E-poçt

reservation@pmdhospitality.az

veb sayt https://lankaransprings.az/az

Dəyərləndirmə (0)

(Ümumilikdə 0 5-dən)
Rəy tapılmadı

Rəy yazın